Jurnalist 131 gün həbsdən sonra azadlığa buraxılıb

İslahatçı “Milli Etimad” qəzetinin baş redaktoru Məhəmməd Quçani 131 gün Tehranın Evin zindanında saxlandıqdan sonra mülk girovu müqabilində azadlığa buraxılıb. “Media forum” saytının məlumatına görə, ETTELAAT əməkdaşlarının dörd ay yarım əvvəl, 12 iyun prezident seçkisinin rəsmi nəticələrinə etirazlarda saxladığı jurnalist oktyabrın 30-da azadlığa çıxıb.

Mehdi Kərrubinin başçılıq etdiyi Milli Etimad Partiyasının orqanı sayılan “Milli Etimad” qəzetinin baş redaktoru Məhəmməd Quçani məxməri inqilaba cəhddə, seçki nəticələrini şübhə altına almaqda və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılıb.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO