İTV-nin baş direktoru vəzifəsinə namizədlərin adları açıqlandı

Milli Televiziya və Radio Şurasından Modern.az saytına verilən xəbərə görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb.

İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 nəfər iddiaçı – Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim edib.

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.

Xatırladaq ki, İ ctimai Televiziya və Radio Yayımları Şirkətinin hazırki baş direktoru İsmayıl Ömərov 3-cü dəfə namizədliyini verməyib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO