İtaliyanın “İnformazione” portalında Bakı Avropa Oyunları ilə bağlı məqalə yerləşdirilib

İtaliyanın “İnformazione” xəbər portalında 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı məqalə yerləşdirilib.

SalamNews xəbər verir ki, yazıda Azərbaycanın paytaxtı Bakının ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının açılış mərasiminə 500 gün qalması ilə bağlı məlumat verilir. Qeyd olunur ki, Azərbaycan paytaxtında bütün Avropa xalqlarını birləşdirəcək möhtəşəm idman tədbiri keçirmək üçün yüksək səviyyəli hazırlıq işləri aparılır. Bu həftədən başlayaraq “Bakı-2015” Təşkilat Komitəsi Avropanın 49 Milli Olimpiya Komitəsinə idman növlərinin təsnifatı ilə bağlı məlumatı göndərməyə başlayacaq.

Diqqətə çatdırılır ki, Avropa Oyunlarının proqramında yeddi idman növündən az olmamaq şərti ilə 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün təsnifat xarakterli yarışlar olacaqdır. Bunlar velosiped idman növü, güllə atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və çimərlik voleyboludur.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:http://www.informazione.it/c/FE6D6FA2-5BD6-428C-97BE-93F0AD00D272/Baku-2015-celebra-i-500-giorni-rimasti-all-inizio-degli-storici-primi-Giochi-Europei

– See more at: http://salamnews.org/az/news/read/112584#sthash.ZJpvMtSv.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO