iravan.info veb-saytı yaradıldı

Mayın 17-də saat 12-də Prezident Kitabxanasının Konfrans zalında İrəvan şəhərinin tarixinə həsr edilmiş www.iravan.info veb-saytının (Azərbaycan və rus dillərində) təqdimat mərasimi olacaq. Bu barədə Modern.az-a Prezident Kitabxanasından məlumat verilib.

İrəvanın tarixinə qədimdən günümüzə qədər işıq salan “İrəvan şəhəri” elektron resursu əsasında hazırlanmış veb-sayt şəhərin aborigen əhalisinin kimlərdən ibarət olduğunu, ermənilərin həmin əraziyə nə vaxt və haradan gəldiklərini, şəhərin azərbaycanlı əhalisinin dəfələrlə kütləvi qırğınlara və deportasiyalara məruz qoyulduğunu, azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin erməni vandalları tərəfindən yer üzündən necə silindiyini mənbələr, salnaməçilərin verdilkəri məlumatlar, arxiv sənədləri və ayrı-ayrı tədqiqat materialları əsasında üzə çıxarır.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO