İnterAz TV-nin yayımı “H ” horizontal yayımdan “V ” vertikal yayıma keçib

İnterAz televiziyasının yayımı bərpa olunub.
SalamNews İnterAz-ın saytına istinadən xəbər verir ki, televiziyanın polyarizasiyası frequency: 11095 V (əvvəl “11095 H” idi, horizontal olduğu üçün, indi yenilənmiş yayımla əlaqədar “11095 V”dir, yəni vertikal. polyarizasiya H-dan V-ya keçib), speed: 27500 5/6 tezlikdədir.
“Azərkosmos”-dan verilən məlumata görə, Mərkəzi Asiya “Beam EIRP (dBW) C/N lock”də olan bütün kanallar yayımlarını davam etdirir.
Xatırladaq ki, İnterAz televiziyası Rusiyanın paytaxtı Moskvadan yayımlanır. Telekanal 75-ci dərəcədə yerləşən LMI-1 (ABS-1) peyki ve Raduga Tv operatoru vasitəsilə Rusiya, MDB və digər ölkələrə açıq yayım həyata keçirir. İnterAz kanalına, həmçinin KaTv-1, Connect, Ailə Tv, BBTV ve Smart (Gəncə) SNTV (SUMGAYIT) kabel şəbəkələrində baxmaq mümkündür.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO