İnterAz TV “ATV Plus ” efir-kabel televiziyasına qoşulub

Azərbaycanın sərhədlərindən kənar, Rusiya ərazisindən yayımlanan ilk milli telekanal olan İnterAz “ATV Plus” efir-kabel televiziyasına qoşulub.

SalamNews xəbər verir ki, indi İnterAz televiziyasını izləyicilər “ATV Plus” efir-kabel televiziyası vasitəsilə baxa bilərlər.

“ATV Plus” efir-kabel televiziyasının yayımı Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyinin “Teleqüllə” Müəssisəsindən aparılır. Bakı , Sumqayıt və Abşeron yarımadasının ərazisində yaşayan sakinlər bu xidmətə qoşula bilərlər.

Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının nəznində ATV PLUS adlı efir-kabel televiziyası 2013-cü il avqustun 16-dan etibarən fəaliyyətə başlayıb. Yayımın standartı DVB-T Yayım siqnalının formatı – MPEG4 “ATVPLUS”dur. Efir-kabel televiziyasının təklif etdiyi rəqəmsal 96 telekanalı seyr etmək üçün abunəçi analoq televizor sahibidirsə, resiver və smart kart, rəqəmsal televizor sahibidirsə, Cİ modul və smart kart əldə etməlidir.

Bildirək ki, İnterAz Azərbaycanın sərhədlərindən kənar, Rusiya ərazisindən yayımlanan ilk milli telekanaldır. Telekanal 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin rayonlararası müfəttişliyində qeydiyyata alınıb, eləcə də kütləvi kommunikasiyalar və mədəni irsin mühafizəsi sahəsində qanunvericiliyə nəzarət Federal Xidmətindən teleproqramların hazırlanmasına dair ЭЛ № ФС 77–22625 şəhadətnaməsi alıb.Telekanal Azərbaycan və rus dillərində proqramlar yayımlayır. Rusiyanın aparıcı telekanalları ilə yaxın əlaqəyə malikdir. Telekanalın baş ofisi Moskvada yerləşir. Bakıda isə rəsmi nümayəndəliyi fəaliyyət göstərir. İnterAz kanalı 75-ci dərəcədə yerləşən LMI-1 (ABS-2) peyki vasitəsilə həyata keçirdiyi açıq yayımla Rusiya və MDB ölkələri daxil olmaqla bütün Avrasiya və Şimali Afrikanı əhatə edir. Rusiyada yaşayan izləyicilər peyk antenalarından başqa, Raduqa operatoru və yerli kabel şəbəbkələri vasitasilə kanalımızı seyr edə bilərlər. Azərbaycanda isə rəqəmsal yayımda Ailə Tv, CONNECT, KATV 1, BB TV, SN TV, AlbaxTV, Smart TV kabel şəbəkələrində telekanalı izləmək mümkündür.

Dünya Azərbaycanlılarının Yeni Ünvanı olan İnterAz televiziyası indi ilk milli Azerspace-1 peyki vasitəsilə də yayımlanır.

– See more at: http://salamnews.org/az/news/read/122956#sthash.Wh9atBsX.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO