Çingiz Hüseynov üç romanını bir kitabda cəmləyib

Moskvada yaşayan məşhur Azərbaycan yazıçısı Çingiz Hüseynovun yeni kitabı işıq üzü görüb. Rusiya paytaxtında 3 min tirajla buraxılmış kitabda yazıçı “Məhəmməd, Məmməd, Məmiş”, “Ailə sirləri”, “İgra direktoriyası” romanlarını cəmləyib.

Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda doğulub. 1947-ci ildən Moskvada yaşayır.

1952-ci ildə Moskva Dövlət Universitetini bitirib. SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, namizədlik dissertasiyası müdafiə edib. 1955-ci ildən SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olub, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləyib.

Ç.Hüseynov “Fətəli fəthi”, “Doktor N” kimi məşhur romanların da müəllifidir.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO