Çingiz Abdullayev piratlardan yaxa qurtarmağın yolunu tapdı

Çingiz Abdullayev piratlardan yaxa qurtarmağın yolunu tapdıSon illər Azərbaycanda müxtəlif sahələrdə geniş yayılan piratçılıq nəşriyyat işinə, kitabçılığa da sirayət edib. İndi müəlliflərin icazəsi olmadan onların kitabları gizli yolla keyfiyyətsiz şəkildə nəşr olunaraq satışa çıxarılır və oxuculara sırınır. Kitab piratçılarından şikayətçi olan müəlliflərdən biri tanınmış yazıçı, dedktiv əsərləri ilə bütün dünyada məşhurlaşan Çingiz Abdullayevdir. Modern.az-a məlum olub ki, bir neçə gün öncə növbəti kitabının təqdimatı zamanı piratların əlindən bezdiyini vurğulayan yazar çıxış yolunu tapıb.

Qeyd edək ki, Müəllif Hüquqları Agentliynin rəsmi məlumatına görə, hazırda Azərbaycanda kitab piratçılığı 40 faziz təşkil edir. Amma yazıçılar və şairlər, naşirlər kitab piratçılığının rəsmi statistikada göstəriləndən çox olduğunu bildirilər.

Elə yazıçı Çingiz Abdullayev də bu qənaətdədir. Ötən həftə “Saturnun tövbəsi” kitabının təqdimat mərasimində çıxış edən Ç.Abdullayev deyib ki, Azərbaycanda kitab piratçılığı geniş yayılıb və bununla qazanc əldə etmək istəyənlərin sayı günü-gündən artır: “Çox təəssüf ki, piratçılıq kitab bazarında da hökm sürür və bunun qarşısı alınmır. Bizdən fərqli olaraq, Rusiyada pirat məsələsi həll olunub. Amma bizdə hələ ki, bunun qarşısını ala bilmirlər. Mən onsuz da Azərbaycanda satışa çıxarılan kitablarımdan heç bir qazanc əldə etmirəm, Qarabağ torpaqları azad olunduqdan sonra mən mənə çatacaq pulu tələb edəcəm və bütünlüklə kömək fonduna köçürəcəm. Ancaq piratlar tərcüməçilərin əziyyətini heç edir, axı tərcüməçilər, mətbəələr zəhmətlərinin bəhrəsini görməlidirlər. Bu problemin üstünə daha tez düşmək lazımdır, çünki bu belə davam edə bilməz. Mənim özümə də kitablarımın keyfiyyətsiz “kseroks” surətini göstərəndə utanıram. Ancaq neyləmək olar ki, Azərbaycanda hələ də bu problemin həlli üçün bir addım atılmayıb”.

Modern.az-a məlum olub ki, piratların əlindən bezdiyini vurğulayan yazar çıxış yolunu tapıb.
Çingiz Abdullayevin köməkçisi saytımıza bildirib ki, dünya şöhrətli yazıçının kitabları bundan sonra Azərbaycanda yalnız “Qanun” Nəşriyatında çap olunacaq. Yəni Ç.Abdullayev bu məsələdə müəlliflik hüququnu “Qanun”a verib. Bununla da Ç.Abdullayev “Qanun”la birgə kitab piratçılarına qarşı mübarizə aparacaq.

Məlumatı Modern.az-a açıqlamasında “Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu da təsdiqləyib və deyib ki, Çingiz Abdullayev kimi dünya şöhrətli yazıçının kitablarını nəşr etməkdən məmnundurlar və çalışacaqlar piratlırala ciddi mübarizə aparsınlar.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO