Mahmud Kaşğari adına Beynəlxalq Fond “Çinar” adlı yeni jurnalın nəşrinə başlayıb. İlk sayı işıq üzü görən jurnal, böyük türk dünyasından, onun ədəbiyyatından və mədəniyyətindən bəhs edir. Bu sayda, Türk -İslam təsəvvüfünün nəhənglərindən olan Hacı Bektaş Vəli, böyük ensiklopediyaçı alim Mahmud Kaşğari, əslən azərbaycanlı, Kanadada yaşayan tanınmış İran yazarı Rza Bərahəni, dünya elmində dərin iz qoyan böyük alim, soydaşımız Lütvi Zadə, türk mənşəli çuvaşların qədim dini inancları, qədim qam-şamanların davamçıları, türkmən ozanları- baxşılar barədə yazılar yer alıb. Üç ayda bir dəfə nəşri nəzərdə tutulan “Çinar” jurnalının baş redaktoru şair Elxan Zal Qaraxanlıdır.