Çin qəzeti ÇXR-ın «Airbus»la sazişini «ləğv edib»

Əslində isə Bloomberg News saytında yerləşdirilmiş orijinal məlumatda deyilmişdir ki, «Airbus»150 təyyarə ilə bağlı 2005-ci ildən bağlanan artıq dördüncü müqavilənin imzalanmasına dair planları sadəcə təxirə salıb. Qeyd edək ki, sözügedən şirkət Çin Xalq Respublikası ilə ümumilikdə 450 təyyarənin təchizatına dair üç müqavilə imzalayıb. Dördüncü müqavilənin bağlanmasının təxirə salınmasını şirkətdə şərh etməkdən boyun qaçırıblar. Lakin bir müddət əvvəl «Airbus»un Çindəki nümayəndələri böhran üzündən 2009-cu ildə sifarişlərin sayının ötən illə müqayisədə iki dəfə azalmaq ehtimalını dilə gətirmişlər.

lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO