Çin jurnalisti hökuməti məhkəməyə verib

Qeyd edək ki, 400 min nüsxə ilə çıxan The China Business Post qəzetinin fəaliyyəti sentyabrın 8-də Xunan əyaləti məmurlarının qərarı ilə üç ay müddətinə dayandırılıb. Buna qəzetin Kui Fanın araşdırmasının nəticələrinin dərc etməsi səbəb olub. Belə ki, jurnalist əyalət banklarını 672 milyon dollar məbləğində möhürlərin saxtalaşdırılması və dələduzluq əməliyyatlarında günahlandırıb. Telefon müsahibəsində jurnalist hakimiyyətin bu cür reaksiyasının «özünə və həmkarlarına qarşı ədalətsiz olduğunu» bəyan edib. Yeri gəlmişkən, jurnalist iddaisında qəzetin dərcinə qoyulan qadağanın götürülməsi və eyni zamanda qanuna görə maddi kompensasiyanın ödənilməsini tələb edir.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO