Şimali Koreya məhkəməsi 2 amerikan jurnalistini 12 il azadlıqdan məhrum edib

Şimali Koreya məhkəməsi amerikan jurnalistləri Lora Linni və Yun Lini 12 il azadlıqdan məhrum edib. Onlar cəzalarını islah-əmək müəssisəsində çəkəcəklər. Bu barədə Şimali Koreya dövlət informasiya agentliyinə istinadən Agence France-Presse məlumat yayıb.

Beş gün davam edən məhkəmədə qadın jurnalistlər Şimali Koreya dövləti əleyhinə ağır cinayətdə və sərhədi qanunsuz keçməkdə təqsirləndiriliblər. Lakin onların konkret hansı cinayəti törətməkləri barədə Koreya hökuməti heç bir bilgi vermir.

Current TV-nin əməkdaşları olan jurnalistlər bu il martın 17-də Koreya ilə Çinin sərhədi yaxınlığında həbs ediliblər. Lora Lin və Yuna Li Çindəki koreyalı qaçqınlara həsr olunmuş layihə üzərində işləyirdilər.

AFP-nin məlumatına görə, jurnalistlərin saxlanmasının və onlara edilən ittihamın dəqiq təfərrüatları qaranlıq qalır. ABŞ dövlət katibi Hillari Klinton jurnalistləri tezliklə azad etməyə çağırıb və və bildirib ki, onlara edilən ittiham əsassızdır.

www.lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO