III Türk dünyası ədəbiyyat jurnalları konqresi

III Türk dünyası ədəbiyyat jurnalları konqresiAnkarada TÜRKSOY və Avrasiya Yazıçılar Birliyinin təçkilatçılığı və Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə III Türk dünyası ədəbiyyat jurnalları konqresi öz işinə başlayıb. Konqresdə 16 ölkədən 29 ədəbiyyat jurnalı, o cümlədən Azərbaycanın “Ulduz” və “Dünya ədəbiyyatı” jurnallarının təmsilçiləri iştirak edirlər. TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, rəhbərlik etdiyi təşkilat musiqi, folklor, qeyri-maddi mədəni irs və digər sahələrdə oluduğu kimi, ədəbiyyat üzrə də əməkdaşlıq layihələrinin həyata keçirilməsində mühüm adımlar atıb. Türkiyə Prezidenti Aparatının baş katibi Mustafa İsen və Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Dəliöməroğlu da son illər geniş vüsət almış türk dünyası ölkələri və xalqlarının inteqrasiyası prosesində mədəniyyət və ədəbiyyatın mühüm rolunu vurğulayıblar. Üç gün davam edəcək konqresdə ədəbiyyat jurnallarının redaktorları “İnternetdə jurnal fəaliyyəti”, “Türk respublikalarının müstəqiliiyinin 20-ci ildönümündə jurnalların üzərinə düşən vəzifələr” və “2010-cu ilin ədəbiyyat mükafatlarının müzakirəsi” bölmələrində çıxış edəcəklər. Konqresin yekunlarına dair Bəyannamə qəbul olunacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO