II “Nəsimi ” Milli Ədəbiyyat Müsabiqəsinin finalçıları bəlli olub

II "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinin finalçıları bəlli olubII “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsi öz işini bərpa edib.
Xatırladaq ki, ənənəvi olaraq fevral ayının 2-də – Gənclər Günündə start götürən növbəti müsabiqəyə qatılmaq üçün ölkəmizdən, eləcə də İran, Rusiya və Fransadan 47 həmyerlimiz Təşkilat Komitəsinə müraciət edib. Müsabiqənin I mərhələsində 43 nəfərin 140-dan artıq bədii mətni dəyərləndirilib. İlkin dəyərləndirmələrdən sonra müsabiqənin final mərhələsinə 23 müəllifin (12 nasir, 11 şair) 46 mətni vəsiqə qazanıb.
Münsiflər heyəti yanvarın 15-nə qədər finala adlayan müəlliflər arasından hər nominasiya üzrə I, II və III yerlərin sahiblərini seçəcək. Təşkilat Komitəsinin qərarına əsasən, qaliblərin adları yeni müsabiqənin başlanması ilə eyni tarixdə – fevralın 2-də elan olunacaqdır. Müsabiqənin təşkilatçıları “Lit.az” Ədəbiyyat Portalı və “Kultaz.com” Mədəniyyət Portalıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO