Hörmətli Media rəhbərləri!


Hörmətli Media rəhbərləri!

“Söz Azadlığını Müdafiə Fondu” ölkəmizdə nəşr olunan müasir dövri mətbuat barədə qısa xronikaları toplayıb kataloq şəklində həmişəlik öz internet resursumuzda yerləşdirmək istəyir. Hesab edirik ki, bununla həm mətbuatımızın keçdiyi tarixi yol barədə dəqiq məlumatları vətəndaşlarımız üçün ictimailəşdirər, həm də qəzetlər barəsində məlumatları dünyanın başqa ölkələrində yaşayan soydaşlarımıza çatdırmış olarıq. Məlumat üçün bildirək ki, saytda qəzetlər haqqında alacağımız aşağıdakı informasiyalar Azərbaycan dili ilə yanaşı ingilis və rus dillərinə tərcümə formasında da yerləşdiriləcək. İlin sonuna qədərsə həmin məlumatları kitabça şəklində rəngli formatda çap etməyi planlaşdırırıq. Kitabçaları redaksiyalara pulsuz paylayacağıq. Ona görə də xahiş edirik ki, sizinlə əməkdaşlıq istəyimizi nəzərə alaraq aşağıdakı suallarımızı cavablandırıb media orqanınızın hazırkı loqotipinin əksi ilə birlikdə elektron poçtumuza və ya faks nömrəmizə göndərəsiniz. Qarşılıqlı əməkdaşlığımıza görə əvvəlcədən təşəkkürümüzü bildiririk.
1. Media orqanının nəşr tarixi barədə qısa məlumat;
2. Media orqanının baş redaktorları haqqında məlumat
3. Qəzetin tirajı barədə məlumat.
4. Media orqanının strukturu barədə məlumat.
5. Media orqanının yerləşdiyi unvan, əlaqə telefonları, elektron poçtu, internet resursları barədə məlumatlar.

P.S. Məlumatları aşağıdakı elektron poçta və ya faks nömrəsinə göndərməyinizi Sizdən xahiş edirik:
1. E-mail: samfnews@yahoo.com, nezirmemmed65@yahoo.com
2. Faks (012) 596-64-17
“Söz Azadlığın Müdafiə Fondu”nun sədri: Musa Yaqub

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO