Hüquq müdafiəçiləri Markelovla Baburovanın qətlə yetirildiyi yerdə aksiya keçiriblər

Stanislav Markelov və «Novaya qazeta»nın jurnalisti Anastasiya Baburova yanvarın 19-da günorta saatlarında qətlə yetiriliblər. İstintaqın məlumatına görə, killer əvvəlcə Markelova, sonra isə cinayətkarı əlindən tutmağa çalışan Baburovaya atəş açıb. Vəkil elə yerindəcə keçinib, ağır yaralı qız isə bir qədər sonra xəstəxanada dünyasını dəyişib.

İstintaqın əsas versiyasına görə, hüquqşünasın ölümü peşəkar fəaliyyəti ilə bağlıdır. Baburova isə təsadüfən onun yanında olub. Məsələ burasındadır ki, onlar mətbuat-konfransından sonra birgə çıxıblar. İkiqat qətlin istintaqını şəxsi nəzarəti altına baş prokuror Yuri Çayka götürüb.

RİA Novosti xəbər verir ki, Rusiya Jurnalistlər Birliyi də istintaqı izləyəcək. Bunu agentliyə Birliyin sədri Vsevolod Boqdanov bildirib: «Hər dəfə jurnalist qətlə yetiriləndə, istintaqın nəzarətə götürüldüyü haqqında məlumatlar ortaya çıxır. Buna baxmayaraq, istintaq bir nəticə vermir və odur ki, biz nəticə əldə etmək üçün yollar axtarırıq», – deyə Boqdanov mövqeyini açıqlayıb.

Lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO