Hollandiyada iki azərbaycanlı qadının adı kitaba düşüb

Niderlandın Reysveyk şəhərində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “REYSVEYK ŞƏHƏRİNİN 40 İLLİK İCTİMAİ-SİYASİ HƏYATINDAKI FƏAL QADINLAR” adlı yubiley almanaxının təqdimatı olub. Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, şəhər bələdiyyəsinin başçısı xanım İnneke van der Velin və digər rəsmi qonaqların da qatıldığı bu tədbiri Reysveyk şəhərinin “8 Mart” üzrə komissiyası təşkil edib.

Tədbirin əsas mövzusu qadınlarıb 40 illik nailiyyətləri olub. Toplantıda çıxış edən İnneke fan der Vel qadınların 40 illik nailiyyətlərinə həsr edilmiş almanax barədə məlumat verib və bildirib ki burada mühüm uğurlar əldə etmiş xanımların həyat yolu və fəaliyyəti haqqında bilgilər yer alıb. Bələdiyyə başçısı adı almanaxa daxil olunmuş qadınları təbrik edib və onlara həmin nəşrdən hədiyyə verib. O, deyib ki, uğurları ilə fərqlənən 20 xanımın arasında iki azərbaycanlı qadının-jurnalist xanım Elnaz Sanginin və Niderlanddakı Azərbaycanlı Qadınlar Birliyinin sədri, yazıçı Gülşən Lətifxanın da adı var. Münsiflər heyəti çıxış üçün iki xanıma hollandiyalı van der Berqə və həmyerlimiz G.Lətifxana söz verib.

G.Lətifxan deyib ki, Azərbaycan qadını ilk dəfə yalnız Şərqdə deyil, hətta bir çox Avropa ölkəsindən daha öncə seçki hüququ əldə edib. “Bizim qadınlar ana olmaqla bərabər oxumağa, daim inkişaf etməyə də üstünlük verirlər, çünki qadının təhsilli olması onun usaqlarının savadlı və parlaq gələcəyi deməkdir” deyən Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri əlavə edib ki, vaxtilə Azərbaycana qonaq gəlmiş Makedoniyalı İskəndər və Aleksandr Düma Qarabağ şairəsi Natavanla, cəsur kraliça Tomrislə, qəhrəman hökmdar Nüsabəylə tanışlıqdan məmnun olub, bu tanışlıqlar haqqında bədii əsərlər yazılıb, əfsanələr eldən-elə, dildən-dilə dolaşıb. Gülşən xanım xatırladıb ki, şərqin ilk diplomat qadını Sara Xatun da azərbaycanlıdır.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO