Heydər Əliyev Fondunun dəstəyilə Xocalı faciəsi qurbanlarının xatirəsi 50 diplomatik nümayəndəlikdə anılacaq

Anım mərasimlərində Heydər Əliyev Fondunun hazırdığı «Xocalı soyqırımı» filmi, ermənilərin Xocalıda törətdikləri vəhşiliklər haqqında bəhs edən şəkillər, «Xocalı uşaqların gözü ilə» mövzusunda Fondun ümümtəhsil məktəbləri və uşaq evlərində keçirdiyi müsabiqənin ən yaxşı şəkillərindən ibarət ekspozisiyalar nümayiş etdiriləcək. Tədbirlərdə həmçinin Fond tərəfindən hazırlanmış «Qarabağ reallıqları» məcmuəsi və «Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması» kitabının nümayişi nəzərdə tutulub.

Xatırladaq ki, 26 fevral 1992-ci il tarixində Ermənistanın hərbi hissələri yeddi minlik əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirmişlər. Soyqırım zamanı Xocalıda 613 nəfər öldürülmüş, 1000 nəfər isə aldıqları yaralardan əlil olmuşlar. Faciə gecəsi 1275 nəfər girov götürülmüşdür ki, onlardan 150-in taleyi hələ də məlum deyil.

trend.news

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO