Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək

Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək Heydər Əliyev Fondu və ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.
Sentyabrın 7-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə ABŞ Konqresi kitabxanasının direktoru Ceyms Billinqtonun başçılıq etdiyi nümayəndə heyətinin görüşü zamanı bununla bağlı razılıq əldə olunub. Heydər Əliyev Fondu ilə ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlıq çərçivəsində Azərbaycanda əlyazmaların rəqəmsal formata çevrilməsi üçün birgə işlər aparılacaq. Bu əlyazmalar dünya rəqəmsal kitabxanasının saytında yerləşdiriləcək. Bundan sonra dünya ictimaiyyəti bu əlyazmalardan istifadə edə biləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO