Almaniyanın Maqdeburq şəhərində yaşayıb fəaliyyət göstərən həmvətənimiz Tengiz-zadə Romkerhallın ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev – Azərbaycan xalqının ümummilli lideri” toplusu Berlindəki “Epubli MMC” nəşriyyatında alman dilində nəfis şəkildə çapdan çıxıb. Almaniyada fəaliyyət göstərən “Code Diplomatique & Consulaire, Corp.” təşkilatından verilən məlumata görə, 332 səhifədən ibarət kitab 10 min nüsxə tirajla nəşr edilib. Müəllif kitabında ümummilli lidermizin şərəfli və mənalı ömür yolundan söz açır, keçirdiyi rəsmi görüşlər barədə ətraflı məlumat verir, Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən çıxışlarından sitatlar gətirir. Hazırda müəllif Tengiz-zadə Romkerhall bu qiymətli nəşrin ölkədə fəaliyyət göstərən bütün kitabxanalara paylanması məqsədilə Almaniyanın Kitabxana Birliyi ilə danışıqlar aparır.