Hansı mətbuat katiblərinin işi sizi qane etmir?

İctimaiyyət hər bir təşkilatın fəaliyyəti barədə indormasiyanı məhz medianın köməyilə ala bilir. KİV-lər isə daim görülən işlər, həyata keçirilən islahatlar, baş verən yeniliklər barədə məlumat, xəbər axtarışındadır. Bu zaman IV hakimiyyət funksiyasını yerinə yetirən mətbuat əldə edə bildiyi xəbərləri ictimaiyyətin diqqətinə çatdırmaqla vasitəçi rolunu oynayır. Amma xəbər axtarışında olan jurnaistlər bəzən maneələrlə üzləşir, hansısa sədləri keçməli olurlar. Bir sıra hallarda jurnalistlərə problem yaradanlar sırasında dövlət qurumlarının mətbuatla əlaqələndirici şəxləri, mətbuat katibləri və ya əməkdaşları olurlar.

Belə hallarda mətbuat xidmətərinin rəhbərləri öz üzərlərinə düşən həssas və məsuliyyətli bir vəzifəni lazımi səviyyədə ya bilərəkdən yerinə yetirmək istəmirlər, ya da işləməyi bacarmırlar. Halbuki, mətbuat xidmətlərinin əməkdaşları işlərinə daha tələbkar və məsuliyyətli yanaşmaqla, eləcə də jurnalistlərin peşə fəaliyyəti zamanı üzləşdikləri əsassız maneələrin aradan qaldırılmasına yardımçı olmaqla təmsil etdikləri dövlət orqanlarının müsbət imicini formalaşdıra bilərlər.

Mətbuat xidmətlərinin işi mətbuat nümayəndələrinin sorğularını cavablandırmaq, onları lazımi şəxslərlə əlaqələndirmək olduğu halda, bəzən bur qurum rəhbərlərinin jurnalistlərlə ünsiyyəti heç cür alınmır. Bir sıra hallarda mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları yerlərində tapılmır, jurnalistlərin telefon zənglərinə cavab vermir, suallarını dinləyərkən onları başdan edir, sualları yazılı istəyir, süründürməçiliyə yol verir, ya da jurnalistlər arasında ayrı-seçkilik qoyurlar.

Modern.az media nümayəndələrinə yaxın bir sayt olaraq dövlət orqanlarının mətbuat xidmətlərinin işi ilə bağlı sorğunu davam etdirir. Ötən həftələrdə sorğumuzda 30 dövlət orqanın mətbuat xidmətlərinin ictimaiyyətlə əlaqəyə cavabdeh olan əməkdaşlarının adlarını qeyd edib, sizdən onların işinə qiymət vermənizi xahiş etmişdik.

Bu dəfə daha bir sıra qurumun mətbuat katibinin adını qeyd edirik.

Beləliklə, “Aşağıdakı hansı mətbuat katiblərinin işi sizi qane etmir” sualını cavablandırmağa dəvət edirik. Sorğuda iştirak etmək üçün Modern.az saytının əsas səhifəsindəki “Sorğular” bölməsində qeyd olunan cavablardan birini seçmək olar.

1. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya – Asəf Əliyev
2. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi – Fazil Talıblı
3. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi –
4. Bakı Şəhər İcra Hakimiyyəti – Nuranə Mərdanova
5. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) – Zemfira Məhərrəmli
6. Hesablama Palatası – Nailə Qazıyeva
7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – Asəf Əliyev
8. Xəzər Dəniz Gəmiçiliyi – Vüqar Mirsadiq
9. Müəllif Hüquqları Agentliyi –
10. Mərkəzi Seçki Komissiyası – Azər Sarıyev
11. Dövlət Neft Fondu – Cəmalə Əliyeva
12. Mərkəzi Bank –
13. “Azərsu” – Anar Cəbrayıllı
14. “Azəriqaz” – Kamandar Eyvazlı

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO