Həbsdə olan jurnalist Rauf Mirqədirovun atası vəfat edib

Həbsdə olan jurnalist Rauf Mirqədirovun atası Həbibulla Mirqədirov vəfat edib.

SalamNews-un məlumatına görə, 84 yaşlı Həbibulla Mirqədirov neçə vaxt idi xəstəlikdən əziyyət çəkirdi. O, oğlunun işi ilə bağlı evində aparılan axtarışdan bir gün keçməmiş dünyasını dəyişib.

Xatırladaq ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı R.Mirqədirov dövlətə xəyanətdə şübhəli bilinərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ötən gün isə onun atasının yaşadığı mənzildə prokurorluq axtarış aparıb.

– See more at: http://salamnews.org/az/news/read/127653#sthash.n1iIoXeC.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO