“Görün həsrətimin neçə yaşı var ” adlı kitab nəşr olunub

"Görün həsrətimin neçə yaşı var" adlı kitab nəşr olunub“Nurlan” nəşriyyatında şair Gülayə Şınıxlının “Görün həsrətimin neçə yaşı var” kitabı nəşr edilib.
G. Şınıxlının oxucularla beşinci görüşü olan bu kitabda Vətənə, valideynlərə, övlada, ana təbiətə, insanlara məhəbbət öz əksini tapıb.
Qarabağ dərdini, Təbriz həsrətini, Kərkük harayını özününkü edən şairin 263 səhifədən ibarət bu kitabında 5 poeması, 134 şeiri toplanıb.
Kitabın redaktoru və “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO