“Görkəmli adamların həyatı ” seriyasından “Heydər Əliyev ” kitabı özbək dilində

Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə Daşkənddəki “Özbəkistan” nəşriyyatında Viktor Andriyanov və Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabı özbək dilində çap olunub. Dekabrın 11-də Özbəkistan paytaxtında nəşrin təqdimat mərasimi keçiriləcək. Tədbirdə Azərbaycan Milli Məclisi deputatlarının iştirakı da nəzərdə tutulub. Ümumilikdə 550 səhifə olan bu kitabı ruscadan özbək dilinə Numon Rəhimcanov tərcümə edib. Nəfis şəkildə çap edilmiş kitab 12 fəsildən ibarətdir və nəşrdə ulu öndər Heydər Əliyevin uşaqlıq və gənclik illərindən tutmuş yüksək vəzifələrdə işlədiyi dövrədək bütün həyatını əks etdirən xeyli sayda fotoşəkillər də yer alıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO