Gürcüstanın “Alaniya” televiziyası başqa adla efirə çıxacaq

Gürcüstanda fəaliyyət göstərən “Alaniya” televiziyası başqa adla efirə çıxacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Alaniya”nın direktoru Mamuka Tatoşvili jurnalistlərə bildirib ki, telekanal bundan sonra “Region TV” adı ilə fəaliyyət göstərəcək. M. Tatoşvili deyib ki, televiziyanın veriliş arealı genişləndirilib və məhz buna görə də formatı dəyişdirilib.
Telekanalın verilişləri Samsxe-Cavaxetiya bölgəsini, Zalqa və digər rayonları da əhatə edəcək: “Gələcəkdə daha böyük əraziləri əhatə etməyə çalışacağıq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO