Xatırladaq ki, Hollandiyanın çəkiliş qrupunun üzvləri teleoperator Stan Storimans və müxbir Yeroyen Akkermans Qoridəki bombardman altına düşüblər. RTL telekanalının məlumatına görə, nəticədə Akkermans yaralanıb, Storimans isə həlak olub. Qeyd edək ki, Gürcüstan-Cənubi Osetiya münaqişəsi zonasındakı hərbi əməliyyatların gedişində Rusiyanın iki jurnalisti həlak olub, beşi isə yaralanmışdır.
Mənbə: lenta.ru