Gürcüstan sonuncu rusdilli telekanalın yayımını dayandırıb

Bu haqda kanal rəhbərliyini Gürcüstan Kabel Televiziyaları Birliyində məlumatlandırıblar. «Exo Moskvı» xəbər verir ki, kanalın dayandırılması haqqında məlumat RTVi efirində RF xarici işlər naziri Sergey Lavrovun müsahibəsindən dərhal sonra yayılıb.

Radiostansiya xatırladır ki, RTVi Gürcüstan-Osetiya münaqişəsi zamanı Gürcüstan televiziyasında yayımını davam etdirən yeganə rusdilli telekanalı olub. Bir qədər əvvəl Gürcüstan hakimiyyətinin tələbi ilə ORT, RTR, NTV və Evronyus telekanallarının ölkədəki yayımına son qoyulub.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO