Goranboy rayonunda kitabxana – informasiya sahəsində mühüm işlər görülüb

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın Tədbirlər Planının icrasını təmin etmək məqsədi ilə Goranboy rayonunda kitabxana – informasiya sahəsində mühüm işlər həyata keçirilib. Goranboy rayon Mərkəzi Kitabxanası əsaslı təmir olunub, kitabxananın fasadı yenidən qurulub, kitabxana müasir informasiya texnologiyaları, inventar və avadanlıqlarla təmin edilib. Respublikada ilk dəfə olaraq Qızılhacılı, Təhlə, Yeniyol, Xanqərvənd kənd kitabxana filiallarının bazasında modern tipli kənd kitabxana filialları yaradılıb. Sözügedən kitabxana filialları əsaslı şəkildə yenidən qurulub, inventar və avadanlıqlarla təmin edilib. Bundan başqa, Yolqulular, Qaramusalı kənd kitabxana filialları üçün yeni binalar inşa olunub və istifadəyə verilib. Dəliməmmədli şəhər uşaq kitabxanası, Borsunlu, Məşədiqaralar, Abbasqulular, Səfikürd kənd kitabxana filialları əsaslı şəkildə təmir edilmiş və kənd oxucularının istifadəsinə verilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO