“Google”a yeni rəhbər təyin edilib


“Google” korporasiyasının aprel ayında yeni baş direktoru, internet-nəhəngin təsisçilərindən biri olan Larri Peyc olacaq.

RİYAD MEDİA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu vəzifədə o, artıq 10 ilə yaxındır ki, “Google”a rəhbərlik edən Erik Şmidti əvəz edəcək. E.Şmidt isə öz növbəsində “Google”da qalacaq və aprel ayından etibarən direktorlar şurasının icraçı sədri vəzifəsində çalışacaq.

Korporasiyanın rəhbərliyi sözügedən dəyişikliklər barədə “Google”un son üç ayda əldə etdiyi gəlirlərini əks etdirən hesabat dərc olunan zaman bildirib. Belə ki, hesabat dövründə internet-şirkətin mənfəəti 2,54 milyard ABŞ dollarınadək artıb, ümumi gəlir isə 8,44 milyard dollar təşkil edib.

Xəbərlər dərc olunandan sonra Google-un qiymətli kağızlarının dəyəri 2 faiz artıb.

Baş direktorun dəyişməsi xəbərinə isə analitiklər bir qədər ehtiyatla yanaşıb. Belə ki, mütəxəssislərin sözlərinə görə, L.Peyc “Google”un həmtəsisçisi olmasına baxmayaraq, o, indiyədək heç bir iri internet-şirkətin rəhbəri vəzifəsində çalışmayıb, hazırda isə yeni baş direktor 24 min insanın çalışdığı tanınmış bir korporasiyaya başçılıq etməli olacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO