Günel Anarqızının yeni kitabı ictimaiyyətə təqdim olunub

Günel Anarqızının yeni işıq üzü görmüş “Нет, то есть да” (rus dilində) kitabının təqdimatı olub. Kitaba müəllifin 2002-2008-ci illərdə yazdığı 19 hekayəsi və 2 pyesi daxil edilib. Adı kitaba verilmiş pyes “İbrus” teatrında tamaşaya hazırlanır. Təqdimat mərasimi, həmin tamaşadan kiçik bir səhnənin aktyorlar Mehriban Zəkinin və Zaur Şəfiyevin ifasında nümayişi ilə başlanıb. Tədbirdə Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Xalq Şairi Vaqif Səmədoğlu və başqaları çıxış edərək Günel Anarqızının hekayələrinin və pyeslərinin bədii məziyyətlərindən danışıblar. Sonda müəllif iştirakçılara və təşkilatçılara təşəkkür edərək, bu kitabda cəmiyyəti maraqlandıran aktual məsələlərin daha çox yer aldığını vurğulayıb. O, hekayə və pyeslərində həyati duyğulara, insani düşüncələrə daha çox yer verdiyini qeyd edib və bildirib ki, yeni kitabında Qarabağ məsələsinə birbaşa toxunmasa da, həmişə olduğu kimi, bu mövzu əsərlərinin ana xəttini təşkil edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO