Belə ki, prosesdə çıxış edən dövlət ittihamçısı baş redaktor barəsində 1 il 10 ay cəza tələb edib. İttihamnaməyə görə, baş redaktor Qabil Vəliyev Müdafiə Nazirliyinin tabeliyində olan ərazidə toy və yas məclislərinin keçirilməsi üçün bina tikib. Bu il fevralın 25-də həmin bina müəssisənin İstismar İdarəsinin yaşayış-istismar xidməti taqımının əsgərləri tərəfindən dağıdılıb. Nəticədə əsgər Ə.Yusifov və Qabil vəliyev arasında münaqişə yaşanıb ki, bu da hərbçinin çeçələ barmağının zədələnməsinə səbəb olub.
Mənbə: day.az