Gənclər üçün Media Məktəbi yaradılır

Gənclər üçün Təhsil Mərkəzi yanvarın 21-dən etibarən Gənclər üçün Media Məktəbinin yaradılması işinə start verib. Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, məktəbin yaradılmasında əsas məqsəd gənclərdə media təşəbbüslərini inkişaf etdirmək, onların media ilə əlaqələrini gücləndirmək və gənc nəsildə jurnalistikaya marağı artırmaqdır. Gənclərdə mətbuata marağın artırılması, jurnalistikaya həvəs göstərən gənclərə istiqamət vermək, gənclərlə bağlı media orqanlarının yaradılmasını təşviq etmək, gənc jurnalistlərin peşəkarlığının artırılmasına kömək etmək və başqa vəzifələri öz üzərinə götürən qurum

ölkədə fəaliyyət göstərən professional kütləvi informasiya orqanlarının hər biri ilə yaxından əməkdaşlıq etməyə çalışacaq. Məktəb üzərinə götürdüyü vəzifələrin yerinə yetirilməsi üçün seminarlar, görüşlər, master-klasslar, təlimlər və praktiki məşğələlər təşkil edəcək. Məktəbin xüsusi nəşrləri də hazırlanacaq. Qeyd edək ki, Məktəbin əsas hədəf qrupu yaşı 18-dən 29-dək olan gənclərdir.

Qhtxeber.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO