Gənc yazıçılarımız Rusiya səfirinin ədəbiyyat mükafatını alıblar

Bu gün Rusiya Federasiyasının (RF) Azərbaycandakı səfirliyində RF səfirinin ədəbiyyat mükafatının təqdimatı keçirilib.
Mükafat iki gənc müəllifə – Yuliya Subbotina və Laçın Səmədzadəyə verilib.
Trend-in məlumatına görə, RF-in Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, mükafatlar ötən il ərzində “Literaturnıy Azerbaydjan” jurnalında dərc edilən əsərlərin müəlliflərinə təqdim edilib.
Gənc yazıçı Yuliya Subbotinaya mükafat “Parlaq bədii debütə görə” nominasiyasında verilib. Laçın Səmədzadə isə “Kiçik nəsr janrında ən yaxşı əsərə görə” nominasiyasında mükafatın laureatı olub.
Doroxinin sözlərinə görə, Rusiya səfirinin ədəbiyyat mükafatı RF-nin xaricdə rusdilli mədəniyyət məkanına dəstək göstərilməsinə istiqamətlənmiş siyasətinə müvafiqdir.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO