Gənc yazarın “Balıq” kitabı artıq satışda

Azərbaycanın ən gənc romançısının “Balıq” adlı kitabı işıq üzü görüb. Modern.az-a bu haqda kitabın iki müəllifindən biri olan 16 yaşlı Fidan Əli-Azərli məlumat verib. Müəllif bildirib ki, əsərin qəhrəmanı Ayla aldanmış, səhv addımının qurbanı olmuş yeniyetmədir: “Əsərin qəhrəmanı Ayla və Nicatdan başqa bütün personajlar real həyatda tanıdığımız insanlardır. Məhz onların köməyi ilə bu əsər geniş həcm aldı və 2010-cu ildən qələmə alınan əsər nəhayət 2012-ci ildə bitdi.

Nicat evinə gələn tərbiyəçi-qulluqçunu tanıyandan sonra infarkt olub komaya düşür. Hadisələrin başlanğıcı 20 il əvvələ – 2010-cu ilə gedib çıxır. İsti yay günlərində tapdığı sevgisi və həmən ilin qışında itirilmiş məhəbbətinin ardınca faciə dolu günlər başlayır. Ayla Bakıda yaşayan Reyhan adlı qadının (əslində isə Rita adlı erməni qadındır) əsirinə çevrilir .Tez bir zamanda onu ölkədən kənara çıxara bilirlər. Ağır, faciə dolu həyat Aylanın gəncliyinin 20 ilini məhv edir. Ona lal olduğuna görə “BALIQ” ləqəbi verirlər.

Təsadüfən onu türk dostları Tuğba və Orxan Adana şəhərindəki zibilxanada səfil həyatı yaşayarkən tapırlar. Onların köməyi ilə Ayla (Balıq) Bakıya qayıdır. Bütün bu illər ərzində Azərbaycanda baş verən siyasi və iqtisadi inkişaf, gələcək Bakını necə görürük bu kimi hissələri də əsərə daxil etmişik”.

Fidan Əli-Azərli onu da bildirib ki, kitabı “Əli və Nino”, Kitab Akademiyasında və “Zəka” Kitab Evində əldə etmək olar. Kitab 10 gün bundan öncə “Apastrof” nəşriyyatında çap edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO