Azərbaycan Yazıçılar Birliyində (AYB) “525 kitab” seriyasından nəşr edilmiş növbəti kitabların təqdimatı olub. Mədəniyyət və Turizm Nazirliyi və “İrəli” İctimai Birliyinin birgə təşkil etdikləri tədbirdə gənc yazarların qələmə aldıqları dörd kitab oxucuların ixtiyarına verilib. Bunlar Qismətin “Vitrin” (şeirlər toplusu), Səməd Səfərovun “Üçbucaq”, Orxan Muxtarlının “Almanax” və “Xaç kölgəsində” kitablarıdır. Mərasimdə təqdim olunan nəşrlərin işıq üzü görməsinin dövlət qurumları, ictimai hərəkatlar tərəfindən gənc yazarlara göstərilən qayğının nümunəsi olduğu, bu təşəbbüsün onların yaradıcılığına böyük təkan verəcəyi vurğulanıb.
Tədbir iştirakçılarına nəşrlərin müəllifləri, onların yaradıcılığı haqqında ətraflı məlumat veriliib, gənc yazarların Azərbaycan ədəbiyyatında özünəməxsus janr, yeni mövzu ilə fərqləndiyi bildirilib.
Qeyd edək ki, bu il “525 kitab” seriyasından 8 toplu nəşr edilib. Min tirajla çap olunan kitabların kitabxanalara və gənc yazarlara paylanması nəzərdə tutulub.