“Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatı(UGT) 2011-ci ili Azərbaycanda “Media ili” elan edib. “Gənc Liderlər” UGT-nin sədri Fərid Şahbazlının sözlərinə görə, bu barədə qərar təşkilatın İdarə Heyəti tərəfindən qəbul olunub: “Bu gün ölkəmizdə gənclərin birləşdikləri yüzlərlə QHT-lər fəaliyyət göstərir. Onların bir çoxu kifayət qədər fəal çalışsalar da, gördükləri işlər haqqında ictimaiyyəti məlumatlandırmaqda çətinlik çəkirlər. Belə QHT-lərin media ilə münasibətlərinin yaxınlaşdırılması onların cəmiyyətə vermək istədiyi müsbət mesajların daha geniş auditoroyaya çatdırılmasına səbəb ola bilər. Bundan əlavə, KİV-lərin inkişafına 2010-cu ildə ölkə Prezidenti səviyyəsində yüksək diqqət göstərilməsi və onlara müxtəlif sahələr üzrə daha geniş fəaliyyət göstərmək imkanının yaradılması 2011-ci ilin təşkilatımız tərəfindən “Media ili” elan edilməsinin əsas səbəblərindən biridir. Ümid edirik, mətbuatdakı dostlarımızın köməyi ilə QHT-media münasibətlərində ciddi dönüş yaradaraq, vətəndaş cəmiyyətinin inkişafına öz töhfəmizi verəcəyik”.
F.Şahbazlının sözlərinə görə, il çərçivəsində müxtəlif istiqamətli tədbirlərin keçirilməsi planlaşdırılır ki, bununla da bağlı ictimaiyyətə əlavə məlumatlar veriləcək.
Modern.az