“Gənc jurnalistlər klubu ” yaradılır

"Gənc jurnalistlər klubu" yaradılır Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatı 2010-cu ildə ilk layihəsini reallaşdırmağa başlayır. Yanvar ayının sonlarından təşkilatın nəzdində jurnalistikaya marağı olan gənclər üçün “Gənc jurnalistlər klubu” yaradılır.

“Gənc Liderlər”in sədri Fərid Şahbazlı ”Media forum” saytına bildirib ki, klubun yaradılmasında məqsəd ölkə mediasında çalışan gənc jurnalistlərə dəstək vermək, onların peşəkarlıq səviyyəsini və dünyagörüşünü yüksəltməkdir: “Bu layihədə digər əsas məqsəd mətbuatımıza yeni imzalar təqdim etməkdir. Ona görə də “Gənc jurnalistlər klubu”na yalnız jurnalistikaya marağı olan və ya artıq bu işlə məşğul olan tələbə və məktəblilər üzv ola bilərlər”.

F.Şahbazlının sözlərinə görə, media mütəxxəsisləri klub üzvlərinə üç ay müddətində təlim keçəcək. Eyni zamanda klub üzvlərinin media nümayəndələri ilə görüşləri, redaksiyalara və televiziyalara səfərləri təşkil olunacaq. Fəal klub üzvlərinin müxtəlif media qurumlarında təcrübəyə göndərilməsi və onların yazılarının mətbuatda çapı da nəzərdə tutulub.

Təşkilat sədri deyib ki, layihə uğurla reallaşsa, bir müddət sonra “Gənc jurnalistlər klubu”nun müstəqil qurum kimi fəaliyyət göstərməsi haqqında qərar qəbul oluna bilər: “Kluba üzv olmaq üçün son tarix yanvarın 25-dir. İstəyi olanlar müraciət (jurnalist_girl@mail.ru) edə bilərlər”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO