Gənc jurnalistlər “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ilə görüşüb

“Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatının (UGT) tərkibində fəaliyyət göstərən Gənc Jurnalistlər Klubunda növbəti görüş keçirilib. SİA-ya UGT-dən verilən məlumata görə, bu dəfə jurnalist olmaq iddiasında olanların qonağı “İki Sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə olub. Görüşü giriş sözü ilə açan “Gənc Liderlər” UGT-nin sədri Fərid Şahbazlı mətbuatın bütün ölkələrin həyatındakı əhəmiyyətli rolundan danışaraq, onun inkişafının vətəndaş cəmiyyətinin güclənməsində əsas vasitələrdən biri olduğunu vurğulayıb. F. Şahbazlı ölkə mətbuatının durumundan danışaraq, bu sahədə vəziyyətin yaxşılığa doğru inkişaf etdiyini vurğulayıb.

Çıxış edən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə rəhbərlik etdiyi qəzetin tarixindən, iş prinsiplərindən danışıb. Baş redaktor ölkəmizdə azad mətbuatın inkişafı üçün bütün şəraitin yaradıldığını qeyd edərək, jurnalistlərin öz işlərinə daha diqqət və sevgi ilə yanaşmasının vacibliyini vurğulayıb. V.Rəhimzadə eyni zamanda MŞ-nin fəaliyyətindən də danışaraq bir sıra maraqlı məqamlara toxunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO