Azərbaycan şairi, filosofu və tarixçisi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” (“The heavenly rose-garden” (A history of Shirvan and Daghestan)) əsəri ilk dəfə ingilis dilinə tərcümə olunaraq çap edilib. A.A. Bakıxanovun farsca yazdığı və Azərbaycan tarixinə aid ilk ayrıca kitab sayılan “Gülüstani-İrəm”i ingiliscəyə Villem Flur və Həsən Cavadi tərcümə ediblər. Kitab A.A Bakıxanovun həyatı və yaradıcılığı haqda geniş təqdimatla başlayır. “Gülüstani-İrəm”in ingiliscəyə tərcüməsi dünyada kitab satışı üzrə ən böyük on-line şəbəkə olan “Amazon”da da satılır. Məlumat üçün bildirək ki, əslən Təbrizdən olan Həsən Cavadi ingilis və fars dilləri mütəxəssisidir. O, Kembric Universitetində ingilis dili üzrə doktorluq dərəcəsi alıb. Tərcüməçilik fəaliyyəti ilə məşğul olan H.Cavadi Mirzə Fətəli Axundovun bəzi əsərlərini də ingilis dilinə çevirib.