Modern.az saytı Azərbaycan Respublikasinın 2011-cu il üçün “Dövlət büdcəsi haqqında” qanun layihəsində Kütləvi İnformasiya Vasitələrinin inkişafının dövlət tərəfindən dəstəklənməsi məqsədilə ayrılacaq maliyyə vasaitinin məbləğini dəqiqləşdirə bilib.
Milli Məclisin Mədəniyyət komitəsindən saytımıza verilən məlumata görə, 2011-cu ilin büdcə zərfində Kütləvi İnformasiya Vasitələrinin inkişafını dəstəkləmək, onların maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin peşəkarlığının artırılmasına şərait yaratmaq məqsədilə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 2 milyon 400 min manta vəsait ayrılması nəzərdə tutulub.
Müqayisə üçün bildirək ki, 2010-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən xeyli az – 2 milyon manat vəsait ayrılıb.
2009-cu ildə isə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna isə 1 milyon 300 min manat vəsait ayrılmışdı.
Modern.az