Gələn dərs ilindən Azərbaycanda peşə məktəblərində kredit sistemi tətbiq ediləcək

2014/2015-ci tədris ilindən Azərbaycanda ilk peşə və orta ixtisas təhsili müəssisələrində tədris prosesi kredit sisteminə keçiriləcək. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Mikayıl Cabbarov Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında 26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarının icrası barədə əmr verib.

Əmrə əsasən, nazirliyin İlk peşə və orta ixtisas təhsili şöbəsinin rəhbərliyi və orta ixtisas təhsili müəssisələrinin direktorları 2014/2015-ci tədris ilindən tədris prosesinin kredit sisteminə keçirilməsini təmin etməlidirlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO