“Füyuzat “ın növbəti nömrəsi

"Füyuzat"ın növbəti nömrəsi“Nur” nəşriyyat-poliqrafiya mərkəzində “Füyuzat” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
Jurnalın bu nömrəsinin ilk səhifəsində nəşrin baş redaktoru, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun 20 Yanvar və Xocalı faciələrindən bəhs edən analitik yazısı dərc olunub. Filologiya elmləri namizədi Firdovsiyyə Əhmədovanın “Azərbaycanın istiqlaliyyəti 90 il öncə beynəlxalq səviyyədə tanındı”, professor Rafiq Əliyevin “Bəxtiyar zirvəsi”, Füzuli Sabiroğlunun “Şeyx Nizaminin məzarı”, Muxtar Cəfərlinin “Həqiqət Günəşi” sərlövhəli yazıları və başqa faydalı, düşündürücü materialları yer alıb.
Məlumat üçün bildirək ki, jurnalın təsisçisi Milli İrsi Tarixi Araşdırmalar Fondudur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO