“FREEDOM HOUSE”:Azərbaycan mətbuat azadlığına görə yenə geri qalır

“Freedom House” təşkilatı dünyada mətbuat azadlığının vəziyyəti ilə bağlı növbəti hesabatını açıqlayıb.

“Azadlıq” radiosu xəbər verir ki, hesabatda Azərbaycan 196 ölkə arasında 79-cu yeri tutub. Gürcüstan və Ermənistanda vəziyyət daha yaxşıdır. Gürcüstan 59, Ermənistan 66-cı yerdədir.

“Freedom House” qeyd edib ki, ötən il dünyanın əksər regionunda mətbuat azadlığı sahəsində geriləmə olub. Bu geriləmə 8 ildir ardıcıl olaraq davam edir. Mətbuat müstəqilliyi haqqında qlobal araşdırmaya görə, hər altı nəfərdən biri mətbuat azadlığı olan ölkədə yaşayır.

Hesabata görə, keçmiş Sovet İttifaqı ölkələrində mətbuat boğulur, Rusiya mətbuat üçün təhlükəli ölkələrdən biri olaraq qalır. Qırğızıstanda da göstəricilər düşməkdə davam edir.

Ukrayna, Ermənistan və Moldovada bu sahədə irəliləyiş qeydə alınıb.

İran jurnalistlərin həbsi, mətbuatın vəziyyəti baxımından regionun ən geridəqalmış ölkəsi hesab olunur.

“Freedom House” təşkilatının hesabatına görə, Azərbaycan mətbuat azadlığı indeksinə görə Tacikistanla Rusiya arasında dayanıb.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO