Fransa və İngiltərədə oxuyan tələbələrimizin nə problemi var?

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq ümumi məsələlərin müzakirə edilməsi məqsədilə gənclər və idman naziri Azad Rəhimov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, təhsil nazirinin müavini Elmar Qasımov Fransa və İngiltərədə səfərdə olacaqlar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünən başlayan səfər çərçivəsində rəsmilər ilk olaraq Azərbaycanın Fransadakı səfirliyinin binasında, dekabrın 6-da London şəhərində “Hotel Royal Garden”də digər rəsmi şəxslərin iştirakı ilə görüşlər keçirəcək. Görüş zamanı tələbələrin üzləşdiyi bir sıra inzibati, iqtisadi, sosial və digər problemlərlə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO