Fransa jurnalistlərini «Taliban» hərəkatını təbliğ etməkdə günahlandırıblar

Sentyabrın 3-də Paris Match taliblərin Fərruh adlı səhra komandirinin şəklini və qısa müsahibəsini dərc edib. Fərruh jurnalın müxbirinə deyib ki, Fransa ABŞ-ın Əfqanıstandakı siyasətinə dəstək verməyə davam edəcəyi halda taliblər bundan sonra da Fransa əsgərlərini qətlə yetirəcəklər.

Fransanın müdafiə naziri Erve Moren jurnalı taliblərlə əlbirlikdə günahlandırıb. «Fransızlar «Taliban»ı bu cür təbliğ etməməlidir», – deyə nazir bildirib. Öz növbəsində Fərruhdan müsahibə götürən reportyor Erik de Lavrin ünvanına səslənən ittihamları rədd edərək «Taliblərin xeyrinə hansı təbliğatdır bu? Biz jurnalistlər Əfqanıstanda NATO qoşunlarının himayəsi altında işləyirik», – deyə reportyor bəyan edib.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO