Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə Qəzetəçilər Federasiyasının illik toplantısına qatılacaq. Tədbir oktyabrın 20-dən 23-dək Türkiyənin Kayseri şəhərində keçiriləcək.
MŞ sədri toplantıda Azərbaycan mətbuatının tarixi və bu günkü durumuna, Azərbaycan və Türkiyə media qurumlarının münasibətlərinə dair məruzə ilə çıxış edəcək. Ə.Amaşovun səfər çərçivəsində, həmçinin, Kayseridə ermənilərin azərbaycanlılara qarşı soyqımı ılə bağlı təşkil olunacaq sərgidə iştirakı da nəzərdə tutulur.