Əflatun Amaşov söz və mətbuat azadlığının durumu ilə bağlı İsveçrədə keçiriləcək seminara qatılacaq

Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov İsveçrənin Cenevrə şəhərində «Avroviziya-2012» öncəsi Azərbaycanda söz və mətbuat azadlığının durumu ilə bağlı keçiriləcək seminarda iştirak edəcək. Şuradan APA-ya verilən məlumata görə, 3 may Ümumdünya Söz Azadlığı Gününə həsr olunmuş tədbir Avropa Yayım İttifaqının təşəbbüsü ilə baş tutacaq.

Dünyanın nüfuzlu media qurumları və insan hüquqları təşkilatları nümayəndələrinin qatılacaqları toplantıda Azərbaycandan da qeyri-hökumət təşkilatları təmsilçiləri iştirak edəcəklər. Azərbaycandan tədbirə həmçinin dövlət rəsmilərinin də qatılmaları nəzərdə tutulur.

Qeyd edək ki, seminarın mayın 2-də Avropa Yayım İttifaqının Cenevrədəki mənzil-qərargahında keçirilməsi planlaşdırılır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO