Əflatun Amaşov: “Mətbuat Şurası 2800 jurnalistə vahid kart verməyi nəzərdə tutur”

Vahid kartlar redaksiyalarda işləyən jurnalistlərə veriləcək “Mətbuat Şurası 2800 jurnalistə vahid kart verməyi nəzərdə tutur”. Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. Onun sözlərinə görə, jurnalistlər şuranın kartını əldə etmək üçün redaksiyalarda çalışmalıdır: “Jurnalistlərlə əmək məcəlləsinin tələbərinə cavab verə bilən müqavilə imzalanmalıdır.
Mətbuat Şurasının sədri deyib ki, bütün jurnalistlər üçün vahid kart sisteminə keçidi zəruri edən amillər var: “Başlıca səbəblərindən biri odur ki, jurnalistlərlə müqavilələr bağlanmır. Bununlada onların hüquqları pozulur. Jurnalistlər əmək məcəlləsində nəzərdə tutulan imkanlardan istifadə edə bilmirlər. Bəzən elə olur ki, jurnalist yazdığı yazıya görə, redaktor tərəfindən işdən azad olunur və ya hansısa formada jurnalistin hüquqları pozulur. Bu zaman jurnalistlərin hüquqlarını müdafiə edən qurumlar da onun hüququnun qorunmasında çətinlik çəkir”.

“Vahid kartlar yalnız müqavilə əsasında redaksiyalarda işləyən jurnalistlərə veriləcək”, – deyə qeyd edən Ə.Amaşov bildirib ki, başçılıq etdiyi şura ölkədə müqavilə əsasında işləyən jurnalistlərin sayını müəyyənləşdirmək istəyir: “Bizim üçün maraqlıdır ki, kimlər ölkədə jurnalist kimi fəaliyyət göstərirlər. Hazırda çoxsaylı insanlar jurnalist kimi fəaliyyət göstərirlər. Onların fəaliyyəti jurnalistika ilə bağlı mənfi fikirlər formalaşdırır.

Mətbuat Şurasının jurnalistlərə hər il 130-150 jurnalistə iki illik kart verdiyini deyən Ə.Amaşov deyib ki, həmin kartlar yalnız redaksiyalarla müqavilələr əsasında çalışan jurnalistlərə verilir: “Amma biz düşünürük ki, 2500-2800 jurnalistə vahid kart verilməlidir”.

Ə.Amaşov vahid kart sisteminə keçid məsələsini tam həyata keçirə bilməmələrindən də şikayətlənib. Şura sədri problemin səbəbini belə izah edib: “Birincisi bir çox redaksiyalarda jurnalistlərlə müqavilələr yoxdur. Müqavilələr varsa tələblərə cavab vermir”.

Bir qədər əvvəl gündəmə gəlmiş Mətbuat Şurasının kartları ilə təhciz edilən jurnalistlərin nəqliyyatdan istifadə zamanı güzəştlərin tətbiqi məsələsi həll edilməmiş qalması məsələsinə aydınlıq gətirən şura sədri Əflatun Amaşov bildirib ki, buna səbəb jurnalistlərin vahid kart sistemi ilə təhçiz edilməməsi və jurnalistlərin sayının dəqiq bilinməməsidir: “Redaksiyalar çox saylı jurnalistlərə vəsiqələr verirlər. Elə qəzetlər var ki, cəmiyyəti məlumatlandırmaq üçün yox, şəxsi maraqları təmin etmək üçün təsis edilib. Bütün rayonlarda onların əməkdaşları var. Elə qəzet var ki, ayda bir dəfə çıxır, amma 300 əməkdaşı var. Hətta elə qəzet var ki, 500-ə qədər əməkdaşı olsa da heç nəşr olunmur. Biz vahid kart sistemini həll edəndən sonra bir sıra qurumlarla danışıqlar aparmaq niyətindəyik. Amma mənə elə gəlir ki, 2500-ə qədər insan jurnalist kimi güzəştlərdən istifadə edə bilər”.

SİA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO