Əflatun Amaşov: “Bu il “Diffamasiya haqqında” qanun qəbul olunacaq “

Bu il “Diffamasiya haqqında” qanun layihəsi Milli Məclisdə qəbul olunacaq. Modern.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. “Avroviziya-2012” müsabiqəsilə bağlı keçirilən dəyirmi masadakı çıxışı zamanı Ə.Amaşov qanun layihəsinin 2012-ci ilin sonunadək parlamentin müzakirəsinə çıxarılıb qəbul olunacağına əminliyini vurğulayıb.

Xatırladaq ki, bir neçə ildir müzakirəsi sürən bu qanunun məqsədi Azərbaycan Respublikasında ifadə azadlığına müdaxilənin əsaslarını, prinsiplərini, qayda və şərtlərini müəyyən etmək, bu hüquq və azadlıqlar arasında ədalətli tarazlığı qorumaqdır.

“Diffamasiya haqqında” qanun layihəsi Mətbuat Şurası tərəfindən hazırlanaraq ötən il Milli Məclisə göndərilib. Qanun layihəsi jurnalistləri cinayət təqiblərindən müdafiə etmək məqsədi daşıyır.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO