Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının Amsterdamda XII toplantısına gedir

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XXII toplantısına qatılacaq. Tədbir noyabrın 4-5-də Hollandiyanın paytaxtı Amsterdam şəhərində keçiriləcək.

Toplantıda alyansa üzv 30-dan artıq ölkənin Mətbuat Şuralarının hesabatı dinlənəcək, bu qurumların fəaliyyətindəki oxşar və fərqli cəhətlər ətrafında fikir mübadilələri aparılacaq. Azərbaycan Mətbuat Şurasının hesabatı və Azərbaycan �urnalistlərinin Peşə Davranışı Qaydalarının yeni variantı müzakirəyə çıxarılacaq. Tədbirin gündəliyinə vətəndaş-mətbuat münasibətlərinə, plüralizmin inkişafı məsələlərinə, Mətbuat Şurası və onlayn jurnalistika mövzularına dair diskussiyaların aparılması da daxildir . MŞ sədri Ə.Amaşov Hollandiyaya səfəri çərçivəsində bu ölkədəki Mətbuat Şurasının 50 illik yubileyi mərasiminə də qatılacaq. Qeyd edək ki, Ə.Amaşovun bu il, həmçinin, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Nepalda keçiriləcək illik toplantısında da iştirakı nəzərdə tutulur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO